Haqqımızda

Haqqımızda

Toz boya, metal səthlərin uzun müddətli qorunması və estetik görünüşü üçün mükəmməl seçimdir və metal səthlərin qorunması və estetik görünüşünü artırmaq üçün müasir və effektiv bir metodikadır. Toz boya, maye forma yerinə toz şəklində olan bir boyadır. Bu boya, kimyəvi maddələrdən (polimerlər, pigmentlər, dolgu materialları) ibarət olub, havada asılı toz hissəcikləri kimi tətbiq edilir. Elektrostatik toz boya bütün növ metal səthlərin rənglənməsi sahəsində geniş tətbiqlərə malik sənaye boyasıdır. Başqa sözlə desək, elektrostatik toz boyalar ətraf mühitə ən az zərərli təsir göstərən və işçilərin sağlamlığına təhlükə yaratmayan sənaye boyalarının ən yaxşı növüdür. Hazırda müxtəlif səthlərin rənglənməsi üçün geniş çeşiddə soba boyalarından istifadə olunur. Elektrostatik toz və ya maye boyadan istifadə seçimi istehlakçının rəyindən asılıdır, lakin soba toz boyaları metal sənayesi üçün ən yaxşı seçimdir. Boya 35-250 mikron qalınlığında sıx bir təbəqə əmələ gətirir və məsamələrin sayı azlıq təşkil edir. Toz boyanın bir qatı 2-3 adi boya qatını əvəz edir. Hamar, davamlı örtük, cızılmır və daşınan zaman zədələnmir. 
Üstünlükləri və Faydaları – Toz boyalar, solvent tərkibindən azaddır, bu da hava çirklənməsini azaldır. Toz boya tətbiqindəki tullantılar azdır, çünki havaya yayılan hissəciklər geri toplanaraq istifadə oluna bilər. Toz boya, metal səthləri korroziya, aşınma və zərbələrdən qoruyur. Fərqli rənglər və bitişlər (mat, parlaq, teksturalı) mövcuddur.
 
Toz boyanın üstünlükləri:
Davamlılıq: Toz boya səthi xarici təsirlərdən, paslanmadan və aşınmadan qoruyur.
Ekoloji təmiz: Kimyəvi tərkibi zərərsizdir və ətraf mühitə təsiri minimumdur.
Estetik görünüş: Geniş rəng çeşidi və hamar örtük sayəsində səthlər daha cəlbedici görünür.
Uzunömürlülük: Adi boyalardan fərqli olaraq, toz boya illərlə qalıcı olur.
 
2. Prosesin İzahlı Məlumatı:
Hazırlıq – Toz boya prosesi, müasir avadanlıq və texnologiya ilə həyata keçirilir ki, bu da keyfiyyətli və dayanıqlı nəticələrin əldə edilməsinə kömək edir. Metal səthlər (məsələn, polad, alüminium) yağ, rütubət və digər contaminantlardan təmizlənir. Zımpara və ya kimyəvi proseslər ilə səthin hazırlanması bu, boyanın daha yaxşı yapışmasını təmin edir.
Proses – Toz boya avadanlıqların düzgün seçilməsi və istifadəsi, istehsal prosesinin effektivliyini artırır. Toz boya, elektrostatik sprayer vasitəsilə metal səthə püskürtülür. Burada toz boya hissəcikləri elektrostatik yük vasitəsilə metal səthə yapışır. Boyama prosesi tamamlandıqdan sonra, tətbiq olunan toz boya 180-200 °C temperaturda qurutma sobasında daxil edilir. Bu, toz boyanın əriməsini və səthdə bərabər bir qat halına gəlməsini təmin edir. Toz boya sobasının içi toz boya hissəciklərinin yayılmasını minimuma endirmək üçün filtrasiya sistemləri ilə təchiz edilir. Havanın təmizlənməsi və dövriyyəsi üçün ventilyasiya sistemləri mövcuddur. Son olaraq keyfiyyət mütəxəssis tərəfindən boyanın qalınlığı, yapışma gücü və vizual keyfiyyəti yoxlanılır.
Bizim toz boya xidmətlərimiz nələri əhatə edir?
Metal konstruksiyaların boyanması.
Avadanlıqlar və məişət texnikasının örtüklənməsi.
Avtomobil hissələrinin rənglənməsi.
Sənaye və tikinti materiallarının boyanması.
 
3. Müştəri Nümunələri:
Toz boya xidmədinin müştəriləri müxtəlif sahələrdə fəaliyyət göstərən təşkilatlardır. Bu təşkilatlar içərində Sənaye şirkətləri, Mebel istehsalçıları, Tikinti şirkətləri Enerji və İnfrastruktur şirkətləri və s. geniş yer almaqdadır. Müştərilərin spesifik RAL kodlarına uyğun müxtəlif rəng çeşidləri tələblərinə əsasən peşakar komandamız qüsursuz şəkildə tələbləri həyata keçirir.

Partnyorlar

Euroglass art
NEXT DOOR
COMFORT EURASİYA
WINMASTER
PRO GLASS
EURODOOR
WIENDOOR